AZ

ADNSU-da insan alverinə qarşı mübarizə ilə əlaqədar təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün maarifləndirici tədbir təşkil edilib.

“İki sahil” xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, təlim zamanı tələbələrə mərkəzin fəaliyyət istiqamətləri, insan alveri qurbanlarına göstərilən sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri haqqında ətraflı məlumat verilib. İnsan alveri anlayışının mahiyyəti, onun müxtəlif formaları, problemin müasir cəmiyyət üçün təşkil etdiyi təhlükələrə diqqət çəkilib. Gənclərin məlumat çatışmazlığı, emosional və psixoloji həssaslıq kimi amillər səbəbindən insan alveri qurbanına çevrilmə riski daha yüksək olan qrupa aid olduğu vurğulanıb.

Tələbələrlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Seçilən
11
ikisahil.az

1Mənbələr