Bəşər Əsədin hakimiyyətdən getməməsini İran və Rusiya ilə yanaşı İsrail də istəmirdi.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan səsləndirib.
Nazir bildirib ki, Əsəd rejimi Suriya Demokratik Qüvvələri tərəfindən də dəstəklənib və SDQ heç vaxt Əsədə qarşı vuruşmayıb:
“Əsədin hakimiyyətdən getməməsi məsələsi təkcə Rusiya və İranın istəyi olmayıb. İsrail də Əsədin getməsini istəməyən tərəflər sırasında olub. Bu mövqe zamanla ABŞ siyasətinə də təsir göstərdi. Son illərdə İsrailin təsiri altında olan bəzi amerikalı siyasətçilərin də eyni yanaşmanı mənimsədiyini görürük”, - Hakan Fidan qeyd edib.