AZ

“Uşaq Avroviziyası 2025” müsabiqəsinin qalibi bəlli oldu - YENİLƏNİB + VİDEO

Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.

Qeyd edək ki, Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O "Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.

*** 20:27

Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.

Bakıvaxtı.az xəbər verik ki, ölkəmizi müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.

Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə - Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.

 

Seçilən
41
15
bakivaxti.az

10Mənbələr