AZ

Argentina 2026-cı il Dünya Kubokundan kənarlaşdırıla bilər

Sonuncu dünya çempionu Argentina milli futbol komandası 2026-cı il Dünya Kubokundan kənarlaşdırıla bilər.

"Ölkə.az" "La Nacion" qəzetinə istinadla bildirir ki, buna səbəb Argentina Futbol Assosiasiyası (AFA) daxilindəki korrupsiya qalmaqalıdır.Argentina Futbol Assosiasiyasının prezidenti və tabeliyində olan şəxslər qanunsuz varlanmaqda şübhəli bilinirlər.

Məqalədə Argentina milli komandasına qarşı sərt tədbirlər görülə biləcəyi bildirilir. İşdə həmçinin himayədarlıqda ittiham olunan bir neçə Argentina rəsmisinin adı da var.

2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina Əlcəzair, İordaniya və Avstriya ilə bir qrupda yer almışdı. Lakin onların iştirakı hazırda şübhə altındadır.

Daha əvvəl superkompüter İspaniyanın 2026-cı il Dünya Kubokunu qazanmaq üçün ən yaxşı şansa malik olduğunu hesablamışdı. Hazırkı Avropa çempionları ardıcıl 31 oyundur ki, məğlub olmurlar. Onlar sonuncu dəfə 2023-cü ilin mart ayında Şotlandiyaya məğlub olublar.

Elvin

Ölkə.az

Seçilən
33
2
olke.az

3Mənbələr