AZ

Ermənistan üçün “Yuxarı Lars” şoku

Gürcüstan infrastruktur nazirinin müavini Mziya Qiorqobiani bildirib ki, Yuxarı Lars və Daryaliyə gedən 23 kilometrlik Kveşeti-Kobi yolu 2028-ci ildə açılacaq.

NOCOMMENT.az bu barədə gürcü mediasına istinadən xəbər verir.

Ermənistan üçün həyati əhəmiyyətli yolda tikintinin gecikməsi İrəvanda narahatlıq doğurub. Erməni mediası da bu xəbərə geniş yer ayırıb. Bildirilir ki, bu, layihənin tamamlanmasının ləngiməsi deməkdir, çünki infrastruktur naziri Revaz Soxadze oktyabrda tikintinin 2027-ci ildə başa çatmalı olduğunu demişdi.

“Layihə iki hissədən ibarətdir. Birinci hissə 9 kilometrlik tuneldir, artıq qazılıb və hazırda daxili işlər aparılır. İkinci hissə tunellərdən və hazırda tikintisi davam etdirilən unikal tağlı körpüdən ibarət giriş yoludur. Qudauriyə gedən yol gələn il açıla bilər. Bu layihə çərçivəsində beş tunel və beş körpü tikilir”, – Qiorqobiani bildirib.

Seçilən
21
2
nocomment.az

3Mənbələr