AZ

Salah “Brayton” matçından sonra jurnalistlərə danışmadı

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 15-ci turunda “Brayton” üzərində 2:0 hesablı qələbədən sonra mətbuatla ünsiyyətdən yayınıb.

90deqiqe.Az-ın məlumatına görə, bu oyun Salah üçün komandaya geri dönüşündən sonra ilk matç olub. Misirli forvard əvvəlcə baş məşqçi Arne Slot tərəfindən tənqidlərinə görə heyətdən kənarlaşdırılmışdı.

Salah 26-cı dəqiqədə Qomesin yerinə oyuna girmiş, 60-cı dəqiqədə isə Uqo Ekitikeyə məhsuldar ötürmə vermişdi. Oyun bitdikdən sonra futbolçu gülümsəyərək jurnalistlərin müsahibə təklifini qəbul etməyib.

Xatırladaq ki, Salah əvvəlki açıqlamasında 2025/2026 mövsümündə oyun vaxtının azaldılmasını sərt tənqid etmiş və UEFA Çempionlar Liqasında “İnter”lə (1:0) oyunda iştirak etməmişdi.

Seçilən
29
90deqiqe.az

1Mənbələr