“İnter Mayami” və Argentina milli komandasının hücumçusu Lionel Messi “Amerika Kralı” mükafatına namizəd göstərilib.
Publika.az xəbər verir ki, mükafat Uruqvayın “El País” qəzeti tərəfindən Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilir.
38 yaşlı futbolçu ilə yanaşı, mükafat uğrunda mübarizə aparan digər oyunçular arasında Corcian de Arraskaeta, Aqustín Rossi, Danilo, Bruno Enrike, Pedro Abreu (hamısı “Flamenqo”), Qustavo Qomes, Vitor Roke, Flako Lopes (hamısı “Palmeyras”), Leandro Paredas (“Boka Xuniors”) və Anxel di Maritya (“Rosario Sentral”) var.
Qalib 31 dekabrda elan ediləcək və təxminən 250 jurnalistin səsverməsi ilə müəyyən olunacaq.