Rusiya xüsusi təyinatlı polis dəstəsi (SOBR) Voronej vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə azərbaycanlı saxlanılıb.
Rusiya mediasının yazdığına görə, saxlanılan arasında Niyaz Zahidov adlı şəxs var. Onun kriminal aləmin üzvü olduğu və Alekseyevski bazarına nəzarət etdiyi qeyd olunub.
Zahidovun Rusiya Federasiyası pasportunun əlindən alındığı və qanunsuz miqrantların saxlanılma məntəqəsinə göndərildiyi bildirilib.