AZ

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək

Vaşinqton, 13 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə münasibət bildirib.

AZƏRTAC-ın məlumatına görə, o, itkiyə görə kədərləndiyini bildirib və üç yaralı əsgər üçün də dua etdiyini deyib.

“Bu, Suriyanın çox təhlükəli bir hissəsində, onların tam nəzarətində olmayan bir yerdə ABŞ-a və Suriyaya qarşı İŞİD hücumu idi. Suriya Prezidenti Əhməd əl-Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”,- deyə Tramp əlavə edib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
67
8
azertag.az

10Mənbələr