AZ

Odessa tezliklə rus qoşunlarının nəzarəti altına keçəcək – PROQNOZ

Bir çox ekspert Odessanın tezliklə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçəcəyini proqnozlaşdırır. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyalı jurnalist Martin Cey Strategic Culture (SC) üçün yazdığı məqalədə məlumat verib.

“Rusiyanın qaçılmaz qələbəsini vurğulayan məqamlardan biri də AB dövlət başçılarının təkrarlanan açıqlamalarıdır: Moskva ilə müharibə yalnız zaman məsələsidir və AB hökumətləri müdafiə xərclərini artırmalıdırlar. Bunu nə qədər çox eşitsəniz, bir o qədər də başa düşəcəksiniz ki, rus əsgərləri cəbhə xəttində bir neçə əsas Ukrayna şəhərini ələ keçirməyə yaxınlaşırlar və bir çox ekspertin proqnozlaşdırdığı kimi, bundan sonra Odessanı ələ keçirmək üçün səylər qaçılmazdır”, – deyə müəllif yazır.

Daha əvvəl Odessaya gecə endirilən hava hücumunun xüsusi hərbi əməliyyatın (SMO) başlanğıcından bəri regionda ən böyük hava hücumu olduğu barədə məlumatlar yayılmışdı. Ukraynanın sözlərinə görə, məqsəd “bölgədəki enerji təchizatını kəsmək” idi.

Seçilən
30
nocomment.az

1Mənbələr