AZ

Məhəmməd Salah Premyer Liqada rekorda imza atıb

Bakı. Trend:

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə PremyerLiqasında bir klubun heyətində göstərdiyi nəticələrə görə rekordaimza atıb.

Trend xəbər verirki, bu barədə “Opta Sports” statistika platforması məlumatyayıb.

Belə ki, dekabrın 13-də forvard “Brayton”la oyunda məhsuldarötürmə verib. Bu, Məhəmməd Salahın “Liverpul” forması ilə PremyerLiqada 277-ci qol və məhsuldar ötürməsi olub. Misirin 33 yaşlıhücumçusu bununla da “Mançester Yunayted”in sabiq futbolçusu UeynRuninin rekordunu geridə qoyub. Qeyd edək ki, Runinin PremyerLiqada qol və məhsuldar ötürmələrinin ümumi sayı 276 olub.

Bu həftə Çempionlar Liqasında “İnter”ə qarşı keçirilən və 1:0hesabı ilə başa çatan oyunda məşqçilər korpusu Salahı meydanaburaxmayıb. Buna səbəb futbolçunun baş məşqçi Arne Slotu tənqidetməsi olub. Slot son üç oyunda hücumçunu ehtiyat oyunçularskamyasında saxlayıb.

Futbolçu bildirib ki, “Brayton”la oyundan sonra Afrika MillətlərLiqasında iştirak etmək üçün Misir milli komandasının toplanışınayollanacaq.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində 20oyuna çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onunİngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başaçatacaq.

Seçilən
76
7
az.trend.az

9Mənbələr