AZ

Biləsuvarda qəza baş verib – XƏSARƏT ALAN VAR

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan rayon sakini Həsən Əlövsət oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək dəmir məhəccərə çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sürücü bildirir ki, qəzaya səbəb digər nəqliyyat vasitəsinin onun avtomobilinə toxunması olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
1
nocomment.az

2Mənbələr