AZ

Əyalətdə tanınmış baş məşqçi üçün "istefa" qışqırdılar - VİDEO

"Sabah" Premyer Liqada "Turan Tovuz"u səfərdə məğlub edib.

Sportinfo.az xəbər verir ki,XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb.

68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.

Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Qonaqların ikinci qolundan sonra tovuzlu azarkeşlər baş məşqçi Kurban Berdiyevin ünvanına "istefa" şüarları səsləndirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşincidir.

“Turan Tovuz” - “Sabah” 1:3

Seçilən
33
sportinfo.az

1Mənbələr