Mart ayında “Leyla Medical Center” özəl xəstəxanasında stasionar şöbədə müalicə alan azyaşlı uşaqla bağlı valideyn, jurnalist Nərmin Salmanova tərəfindən ciddi səriştəsizlik iddiaları irəli sürülüb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, “Leyla Medical Center” haqqında ağır ittihamları valideyn Nərmin Salmanova öz sosial media hesabında bölüşüb.
Nərmin Salmanovanın bildirdiyinə görə, bronxit diaqnozu ilə stasionar şöbəyə yerləşdirilən 6 aylıq körpəyə ilkin tibbi müdaxilə saatlarla gecikdirilib. Belə ki, xəstəxanaya saat 12:00-da müraciət edilməsinə baxmayaraq, uşağa damar yolu yalnız saat 16:00-da açılıb.
N.Salmanova bildirir ki, bu müddət ərzində uşaq gecədən bəri nə qida, nə də maye qəbul edib:
“Niyə halsız və stasionar yatış üçün gətirilən körpə təcili və növbəsiz müayinələrdən keçirilmədi?” – deyə o bildirib.