AZ

Almaniyada əhalinin əksəriyyəti sosial medianın məhdudlaşdırılmasını dəstəkləyir

Bakı. Trend:

Almaniya sakinlərinin əksəriyyəti 16 yaşdan kiçik şəxslərinsosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasınıdəstəkləyir.

Trend xəbər verirki, bunu Bild qəzetinin sifarişi ilə INSA sosioloji institututərəfindən aparılan sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 60 faiziAvstraliya nümunəsini əsas götürərək 16 yaşdan kiçiklər üçün sosialmedianın qadağan edilməsinin tərəfdarıdır. Respondentlərin 24 faizibu təşəbbüsə qarşı çıxıb, 16 faizi isə suala laqeyd yanaşdığını vəya cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Qadağaya dəstək xüsusilə Yaşıllar Partiyasının tərəfdarlarıarasında yüksəkdir – 71 faiz. XDİ tərəfdarlarının 70 faizi, SPDseçicilərinin isə 69 faizi təşəbbüsü dəstəkləyib. Almaniya üçünAlternativ (AfD) və Azad Demokrat Partiyasının (FDP) seçiciləriarasında dəstək nisbətən aşağıdır və 57 faiz təşkil edir.

Yaş qrupları üzrə də fərqlər müşahidə olunur. 30 yaşdan yuxarırespondentlər arasında qadağaya açıq dəstək var. 30 yaşdan aşağışəxslər arasında isə 40 faiz lehinə, 37 faiz əleyhinə mövqebildirib, 15 faiz isə laqeyd qalıb.

INSA institutunun direktoru Hermann Binkert bildirib ki, 16yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsini müdafiəedənlər, hətta gənclərin əksəriyyətini inandıra bilməsələr belə,ümumi əhali arasında geniş dəstəyə malikdirlər.

Sorğu 11–12 dekabr tarixlərində aparılıb və 1003 nəfəri əhatəedib.

Qeyd edək ki, dekabrın 10-dan etibarən Avstraliyada 16 yaşdankiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanunqüvvəyə minib. Qanuna əsasən, ölkədə fəaliyyət göstərən sosialmedia platformaları uşaqların və yeniyetmələrin hesablarını deaktivetməlidirlər.

Seçilən
33
az.trend.az

1Mənbələr