ain.az, Axar.az saytına istinadən bildirir.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Venesuelaya mümkün hücumunun Vyetnam müharibəsinin təkrarlanmasına bərabər olduğunu bildirib.
Axar.az xəbər verir ki, bunu Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov ölkəsinin “Pervıy” telekanalına deyib.
"Belarus lideri bu mövzuda Amerika nümayəndə heyəti ilə çox səmimi danışdı və xəbərdarlıq etdi ki, Amerikanının Venesuelaya hücumu sadəcə ABŞ üçün Vyetnam hadisələrinin təkrarlanması demək olacaq. Bu müharibənin Amerika və Venesuelaya, hətta dünyaya heç bir faydası yoxdur", - deyə Rıbakov qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.