AZ

Hərbi xidmətdə olarkən bu öhdəlik dondurulur

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Boşanmış şəxslərin müddətli hərbi xidmətə çağırılması aliment öhdəliklərinin icrasına da təsir göstərir. Bəs şəxs hərbi xidmətə gedərkən ödəmədiyi aliment ona borc olaraq yazılır?

Metbuat.az-ın məlumatına görə, boşanmış şəxs müddətli hərbi xidmətə çağırılarkən, onun hərbi xidmətdə olduğu müddətdə aldığı vəsaitin 70 faizi həyat yoldaşına aliment kimi ödənilir.

Bu zaman xidmətdən əvvəl təyin olunan aliment məbləği isə tamamilə dondurulur və həmin məbləğin ödənilməsi müddətli hərbi xidmət başa çatdıqdan sonra yenidən bərpa olunur.

Hərbi xidmətdə olduğu müddətdə hərbi qulluqçuya aliment borcu yazılmır. Xidmət başa çatdıqdan sonra isə aliment yalnız bərpa edilir, yəni geriyə dönük borc hesablanmır. Bu dövrdə ödənilən məbləğ müddətli hərbi xidmət zamanı dövlət tərəfindən hərbi qulluqçuya, yəni əsgərə ödənilən aylıq məvacibin 70 faizi həcmində olur ki, bu da kiçik bir məbləğ təşkil edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
metbuat.az

4Mənbələr