AZ

Qazaxda İran vətəndaşları qəzaya düşdü

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qırmızı-Körpü adlan ərazisində qeydə alınıb. Tovuz rayon sakini 1984-cü il təvəllüdü T.Abdıyev idarə etdiyi VAZ 2107 markalı minik maşını ilə hərəkət olan zaman avtomobil idarəetmədən çıxıb. Zərbənin təsirindən  minik maşını yol kənarındakı yol nişanına çırpılıb. Nəticədə  sürücü həmçinin avtomobildə olan sərnişinlər  İran İslam Respublikasının vətəndaşı 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
unikal.az

10Mənbələr