AZ

Starmer və Lyayen Rusiya aktivlərinin müsadirəsi məsələsini müzakirə ediblər

Starmer və Lyayen Rusiya aktivlərinin müsadirəsi məsələsini müzakirə ediblər

Böyük Britaniyanın Baş naziri Keir Starmer və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı tərəflər Rusiya aktivlərinin müsadirəsi məsələsini müzakirə ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Downing Street"-in açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, söhbət ABŞ tərəfindən təklif olunan Ukraynada qan tökülməsinin dayandırılmasına dair sülh planı üzərində aparılan işə yönəlib. Tərəflər razılığa gəlib ki, Ukraynanın gələcəyi üçün kritik andır və Avropa ölkələri ölkəyə ədalətli və davamlı sülh əldə olunana qədər dəstəyini davam etdirəcək. Eyni zamanda, bloklanmış Rusiya suveren aktivlərinin cəlb olunması üzrə irəliləyiş də müzakirə olunub.

Avropa Komissiyası ümid edir ki, 18-19 dekabr tarixlərində keçiriləcək sammitdə 210 milyard avro dəyərində Rusiya aktivlərinin müsadirəsi barədə qərar qəbul ediləcək. Bunlardan 185 milyard avro Belçikadakı Euroclear platformasında bloklanıb. Belçika isə qərara müqavimət göstərir və tələb edir ki, bütün Avropa ölkələri mümkün zərərlərin ödənəcəyinə dair hüquqi təminatlar versin.

Starmer Londonda Belçika baş naziri Bart de Vever ilə görüşərək Rusiya aktivlərinin müsadirəsi mövzusunu müzakirə edib. Görüşdən sonra "The Times" qəzeti yazıb ki, London Ukraynaya Rusiya suveren aktivlərindən 8 milyard avro (10,6 milyard dollar) ayırmağa hazırdır.

Seçilən
23
afn.az

1Mənbələr