“Zirvədə olmaq istəyirik. Ümid edirik ki, uzun müddət zirvədə qalacağıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın fransalı legiooneri Akim Zedadka deyib.
30 yaşlı müdafiəçi komandasının Premyer Liqanın XIV turunda “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanması və komandasında ilk qolunu vurmasından danışıb:
“Çox xoşbəxtəm. Çünki çox güclü komandaya qarşı oyunda qələbə qazandıq.
Qol buraxmadıq, ilk qolumu vurdum. Buna görə həm özümlə, həm də komandamla fəxr edirəm”.