AZ

U-17 Avropa çempionatında iki azərbaycanlı boksçu yarımfinala yüksəlib

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə startverilib.

Trend xəbər verirki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısıyarımfinala vəsiqə qazanıb.

46 kq çəki dərəcəsində çıxış edən Qardaş Rəhimov Albaniyatəmsilçisi Misteak Rama ilə qarşılaşıb. Görüş boksçumuzun 5:0(30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi iləyekunlaşıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Rati Xarbedia iləüz-üzə gələcək.

75 kq çəki dərəcəsində mübarizə aparan Şükar Əliyev də 1/4 finaldöyüşündən qalib ayrılıb. O, Almaniya boksçusu Yannik Mülleri 5:0(29:28, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyevyarımfinalda Macarıstan təmsilçisi Aleks Domjanla döyüşəcək.

Yarımfinala yüksələn hər iki boksçu özləri üçün azı bürüncmedalı da təmin edib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha üç boksçusu1/4 final mərhələsində mübarizə aparacaq.

U-17
U-17
Seçilən
109
az.trend.az

1Mənbələr