AZ

Polis Messinin səfərini təşkil edən şəxsi saxladı - Ödənişlər qaytarılacaq

Xəbər verdiyimiz kimi, Lionel Messinin Hindistana səfəri qalmaqalla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, Kələkətə şəhərində onun iştirakı ilə keçirilən tədbir zamanı azarkeşlər gözləntilərinin doğrulmamasına etiraz ediblər.

Baş verən hadisələrlə əlaqədar Hindistan polisi tədbirin əsas təşkilatçısı Satadru Duttanı saxlayıb və onun həbs olunacağını bildirib.

Həmçinin qeyd edilib ki, satılan biletlərin pulu azarkeşlərə geri qaytarılacaq.

Seçilən
97
4
sportinfo.az

6Mənbələr