AZ

Salvini Aİ-ni Rusiya aktivlərinin dondurulmasına görə tənqid etdi

BAKI, 14 dekabr. TELEQRAF

İtaliya Baş nazirinin müavini Matteo Salvini Avropa Birliyi (Aİ) rəhbərliyini Rusiyaya məxsus aktivlərin qeyri-müəyyən müddətə dondurulması qərarına görə sərt tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə o, ANSA agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskvanın mümkün cavab addımları nəzərə alınmalıdır:
"Hazırda Rusiyada 314 İtaliya şirkəti fəaliyyət göstərir. Bu mənada Brüssel odla oynayır. Bu, riskli və ehtiyatsızlıqdır, çünki bizim azad bazarımız var. Eyni zamanda Rusiya ilə müharibə aparmırıq", – deyə siyasətçi vurğulayıb.

O, Bu mövqeyini Ukraynada korrupsiya hallarının mövcudluğu və ABŞ prezidenti Donald Trampın Avropada bəzi qüvvələr tərəfindən boykot edilən sülh təşəbbüsləri ilə əsaslandırıb.

Seçilən
31
teleqraf.com

1Mənbələr