AZ

Almaniyada Milad bazarına terror planlaşdırmaqda şübhəli beş nəfər saxlanılıb

Bakı. Trend:

Almaniyanın Bavariya əyalətinin Dinqolfinq şəhərində keçirilənMilad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beşnəfər saxlanılıb.

Trend xəbər verirki, saxlanılan şəxslərdən biri Misir, biri Suriya, üçü isə Mərakeşvətəndaşıdır.

İstintaq orqanları hazırda araşdırmalar aparır. Hücumun vaxtı vədetalları barədə məlumat verilmir. İlkin məlumata əsasən, hücumavtomobildən istifadə edilərək törədilmək planlaşdırılıb.

Mediaya yayılan məlumatlara görə, təhlükə barədə xəbərdarlıqxarici kəşfiyyat xidmətlərindən birindən daxil olub.

Seçilən
37
az.trend.az

1Mənbələr