ABŞ-də hüquq-mühafizə orqanları Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda atəş açan şəxsin axtarışlarını davam etdirir.
"Report"un məlumatına görə, bu barədə şəhər meri Brett Smayli məlumat verib.
O, mətbuat konfransında deyib: "Atəş açan şəxs hazırda tutulmayıb".
Onun sözlərinə görə, yerli polis və Federal Təhqiqat Bürosu (FTB) atəş açan və ya atəş açanların kimliyini müəyyən etmək üçün yaxından işləyir.