BAKI, 14 dekabr. TELEQRAF
Cənub Qüvvələr Qrupu son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin yeddi PUA idarəetmə mərkəzini və 14 bunkerini məhv ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Yujnaya qrupunun mətbuat mərkəzinin rəhbəri Vadim Astafyev məlumat verib.
Astafyev bildirib ki, Kramatorsk, Konstantinovsk və Seversk istiqamətlərindəki PUA qüvvələri 10 rabitə antenini, 7 yerüstü robot sistemini, 14 Ukrayna Silahlı Qüvvələrinin bunkerini və 7 PUA idarəetmə mərkəzini sıradan çıxarıb.