AZ

Almaniyada bıçaqlı hücumdan sonra genişmiqyaslı polis əməliyyatı aparılır

Bakı. Trend:

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Berqkamenşəhərində genişmiqyaslı polis əməliyyatı keçirilir.

Trend xəbər verirki, bu barədə “Spiegel” məlumat yayıb.

Hadisəyə səbəb şənbə günü səhər saatlarında 20 yaşlı kişinin birqadına və onun dörd uşağına bıçaqla hücum etməsi olub. Hücumnəticəsində səkkiz yaşlı uşaq ağır yaralanıb. Digər uşaqların damüxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Şübhəli şəxs hələdə saxlanılmayıb.

Məlumata görə, hücum yerli vaxtla saat 5:30-da 26 yaşlı qadınınmənzilində baş verib. Kişi əvvəlcə qadına, daha sonra isə uşaqlarahücum edib. Xəsarət alanlar arasında üç, beş, yeddi və səkkiz yaşlıuşaqların olduğu qeyd olunur.

Bildirilir ki, hücum edən şəxs ötən yay yetkinlik yaşınaçatmayanlara qarşı törətdiyi cinayətlərə görə şərti cəza almışqadınla tanış olub. Polis hadisə ilə bağlı axtarış tədbirlərinidavam etdirir.

Seçilən
71
az.trend.az

1Mənbələr