ABŞ hərbi qulluqçuları amerikalı polkovnik-leytenantla Suriya Daxili İşlər Nazirliyinin nümayəndəsi arasında görüş zamanı hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə Amerika rəsmisinə istinadən "Wall Street Journal" (WSJ) məlumat yayıb.
"Hücum əsgərlər yerli amerikalı komandir, polkovnik-leytenant və Suriya Daxili İşlər Nazirliyinin rəsmisi arasında İŞİD-ə qarşı mübarizə ilə bağlı iclası mühafizə edərkən baş verib", - nəşr yazıb.
Qeyd olunub ki, silahlı şəxs iclas zalının pəncərəsinə baxıb və sonra avtomatdan əsgərlərə atəş açıb.
Amerika və Suriya qüvvələri cavab atəşi açıb, suriyalılar isə hücumçunu təqib ediblər. Onlar sonda İŞİD yaraqlısı olan silahlını öldürüblər.
Dekabrın 13-də Pentaqonun sözçüsü Şon Parnell Suriyanın Palmira şəhərində iki amerikalı hərbçi və bir mülki tərcüməçinin hücum nəticəsində öldüyünü bildirib. O əlavə edib ki, daha üç nəfər yaralanıb.