AZ

ABŞ-da universitetdə atışma baş verib, ölən və yaralananlar var

Bakı, 14 dekabr, AZƏRTAC

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb və

bir neçə nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat verib.

O, “Fox News” telekanalına verdiyi mətbuat konfransında bildirib: "İki nəfərin öldüyünü və daha səkkiz nəfərin vəziyyətinin ağır

olduğunu təsdiqləyə bilərəm”.

Seçilən
65
1
azertag.az

2Mənbələr