AZ

Juninyo bu kluba satılır

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Juninyo bu kluba satılır

Braziliyanın “Flamenqo” klubu hücumçusu Juninyonun satmağa hazırlaşır.

QOL.az bu haqda “Globo” nəşrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rio təmsilçisi bu transferlə bağlı Meksikanın “Pumas” klubuyla razılaşdırmağa yaxındır. Müqavilənin məbləği 5 milyon avro təşkil edir. Bu, “Flamenqo”nun ilin əvvəlində futbolçunu Azərbaycanın “Qarabağ” klubundan transfer edərkən ödədiyi məbləğlə eynidir.

Məlumata görə, razılaşma demək olar ki, yekunlaşıb, lakin hələlik “Flamenqo” rəhbərliyinin son təsdiqi gözlənilir. Klub rəsmi təklifi şənbə günü səhər saatlarında alıb. Juninyoya başqa təkliflər də olub, lakin “Pumas”ın variantı “Flamenqo”nu daha çox qane edib və klub bu keçidə müsbət yanaşıb.

Hazırda futbolçu komandayla birlikdə Qətərdədir və klublararası qitələrarası kubokda iştirak edir. Qərarın bazar günü verilməsi gözlənilir. Klub təklif olunan şərtlərdən razı qaldığına görə satışın rəsmiləşməsi ehtimalı yüksəkdir. Meksika təmsilçisi ödənişi hissə-hissə etməyi təklif edib.

Qeyd edək ki, Juninyo  “Flamenqo”da özünü doğrulda bilməyib. O, mövsüm ərzində 32 oyunda meydana çıxıb və 4 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
qol.az

3Mənbələr