AZ

Tramp Tailand və Kambocanı yeni rüsumlarla hədələdi

BAKI, 14 dekabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Tailand və Kambocanı hərbi əməliyyatları dayandırmayacaqları təqdirdə yeni gömrük rüsumları tətbiq etməklə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp The Wall Street Journal (WSJ) qəzetinə verdiyi müsahibədə bildirib.

"Cəmi 10 dəqiqə əvvəl Tailand və Kamboca arasında yeni eskalasiyanı nizamlamaq üçün rüsumlardan istifadə etdim. Mən dedim ki, əgər döyüşməyə davam etsəniz, təkcə ticarət sazişimizi ləğv etməyəcəyəm, həm də ölkələrinizə qarşı rüsumlar tətbiq edəcəyəm", – deyə Tramp iki ölkə lideri ilə telefon danışığından bəhs edərkən qeyd edib.

Seçilən
19
teleqraf.com

1Mənbələr