AZ

Autsayderlərin qarşılaşmasında kim sevinəcək?

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında XV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Yevlaxda keçiriləcək. "Kəpəz" "Qəbələ"ni qəbul edir. Turnir cədvəlinin alt hissəsində yer alan hər iki komanda üçün bu görüşün əhəmiyyəti böyükdür. Gəncəlilər qalib gələcəyi təqdirdə "qırmızı-qaralar"ı geridə qoyaraq 10-cü pilləyə yüksələcək. Qonaqlar Yevlaxdan 3 xalla dönəcyi halda isə təhlükəli zonadan bir qədər uzaqlaşacaq.

Qeyd edək ki, bu komandalar arasında birinci dövrədə baş tutan görüş "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.  

Misli Premyer Liqası

II dövrə, XV tur

14:00. "Kəpəz" - "Qəbələ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər ƏhmədovVAR: Cavid Cəlilov AVAR: Emin ƏliyevHakim-inspektor: Şahin CəfərovAFFA nümayəndəsi: Mübariz HüseynovYevlax. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
sport24.az

1Mənbələr