Misli Premyer Liqasında XV turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edəcək.
Bu görüş aşağı pillələr üçün böyük önəm kəsb edir.
"Qəbələ" 8 xalla 10-cu, Gəncə təmsilçisi isə 6 xalla 11-ci yerin sahibidir.
Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Misli Premyer Liqası, XV tur
14 dekabr (bazar)
14:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Emin Əliyev
Yevlax şəhər stadionu