Yeni il bayramını geniş şəkildə qeyd edən xalqlardan biri də ruslardır.
Publika.az xəbər verir ki, bu il Rusiyada bayram masası üçün nə qədər pulun tələb olması məlub olub. Vahid İdarələrarası Məlumat və Statistika Sisteminin (EMISS) noyabra olan məlumatlarına görə, 2025-ci ildə Rusiyada orta təbəqənin alacağı Yeni il ərzaqlarının qiyməti 10.000 rubl olacaq.
Hesablamalar Yeni il səbətinin isti yemək, dilimlənmiş tərəvəzlər, qəlyanaltılar, kürü və kilkə ilə sendviçlər, eləcə də təxminən dörd nəfər üçün hazırlanacaq "Olivye" və digər məşhur bayram salatlarına görə araşdırılıb. Ənənəvi bayram masasına iki kiloqram toyuq əti və yarım kiloqram kartof da daxildir. Bundan əlavə, 600 qram pomidor və xiyar, 800 qram müxtəlif turşu, 400 qram pendir və hər biri 300 qram olan hisə verilmiş ət, bişmiş kolbasa və qurudulmuş kolbasalar daxildir.
Bayram səbətinə həmçinin meyvə və 800 qramlıq tort da əlavə olunacaq. İçkilərə gəldikdə isə bir şüşə qazlı su və şərab, konyak, adi mineral su, meyvə şirəsi, çay daxildir.