ABŞ prezidenti Donald Tramp, Tayland və Kambocanı, ölkələr hərbi əməliyyatları dayandırmasa, yeni tariflərlə hədələyib.
NOCOMMENT.az xəbər verir ki, o, bunu “The Wall Street Journal ” (WSJ) qəzetinə verdiyi müsahibədə bildirib.
“Mən cəmi 10 dəqiqə əvvəl Tayland və Kamboca arasında yeni bir gərginliyi həll etmək üçün tariflərdən istifadə etdim. Dedim ki, ‘Əgər mübarizə aparsanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm’”, – deyə o, iki ölkə liderləri ilə telefon danışığına istinad edərək bildirib.
Ağ Ev rəhbəri tariflərin onun xarici siyasətinin təsirli bir vasitəsi olduğunu vurğuladı. O, ABŞ Ali Məhkəməsinin onun tətbiq etdiyi bəzi tarifləri qanunsuz hesab etməsi “dəhşətli” olacağını söylədi.
Bundan əvvəl Tayland və Kamboca sərhədində yenidən döyüşlər baş vermişdi.