AZ

ABŞ universitetində tələbə qətliamı: 2 ölü, 9 yaralı

Dekabrın 13-də Braun Universitetində baş verən atışmada ən azı iki nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Məlumatı Providens şəhər (Rod-Aylend ştatı) meri Brett Smayli mətbuat konfransında açıqlayıb: "Daha bir zərərçəkən barədə məlumat verməkdən təəssüflənirəm. Bu, zərərçəkənlərin sayını doqquza çatdırır".

Mer əlavə edib ki, doqquzuncu qurban yüngül xəsarət alıb və təhlükədə deyil.

Əvvəlki məlumatlarda səkkiz nəfərin ağır yaralandığı və iki nəfərin öldüyü bildirilirdi. Hamısı Braun Universitetinin tələbələridir.

Şübhəli hələ tutulmayıb.

Seçilən
32
news365.az

1Mənbələr