Misli Premyer Liqasının XV turunda bu gün "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, ötən gün "Sabah" liderliyə yüksəlib.
Ağdam təmsilçisi bu görüşdə qələbə qazanaraq yenidən zirvəyə qayıtmaq istəyir.
"Araz-Naxçıvan" bir neçə həftədir davam edən şanssızlığını ötən tur sonlandırıb.
"Qarabağ" 30 xalla 2-ci, Naxçıvan təmsilçisi isə 23 xalla 6-cı yerin sahibidir.
Misli Premyer Liqası, XV tur
14 dekabr (bazar)
17:30. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
“Azersun Arena”