AZ

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdlü kənd sakini T.Nuriyevanı vurub.

Hadisə nəticəsində yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, yol-nəqliyyat hadisəsini törədən sürücü ilə xəsarət alan piyada qohumdurlar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
69
far.az

1Mənbələr