II Liqanın son turunda «Xankəndi»yə uduzaraq (1:2) çempionluq yolunda ağır yara alan «Quba»da durum kritikləşib.
Çempionatda üçüncü mövsümünü keçirən şimal klubunun maliyyə vəziyyəti pisləşib.
Düşərgəsində cəmi 13-14 qalan komanda gündəlik məşqləri dayandırıb və təmsilçisi olduğu Qubanı tərk edib.
Artıq Ayaz Abdullayevin «Quba»nı rayonda saxlamaq üçün maddi imkanı çatmır. Məşq və qida xərclərini qarşılamaq prezidentin gücü xaricindədir.
Kollektiv bundan sonra Qubaya oyundan-oyuna yollanacaq. Həftədə bir dəfə məşq keçəcəklər, o da Abşeron Olimpiya Kompleksində.
II Liqada 12 tur geridə qalıb. 22 xala malik «Quba» turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ