AZ

ABŞ aviasiyası Palmira üzərində fəallaşıb : Suriya XİN bəyanat yaydı

Suriyanın Palmira şəhəri üzərində gecə saatlarında ABŞ hərbi aviasiyasının aktiv uçuşları qeydə alınıb.

Hakimiyyet.az xəbər verir ki, ABŞ-a məxsus hərbi təyyarələr aşağı hündürlükdə manevrlər edib və istilik tələlərindən istifadə ediblər. Bu uçuşlar Palmira bölgəsində həyata keçirilən əməliyyat zamanı iki amerikalı hərbçi və bir mülki tərcüməçinin həlak olmasından sonra baş verib.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, rəsmi Dəməşq Palmira rayonunda birgə Suriya–ABŞ antiterror patruluna qarşı törədilmiş terror hücumunu qətiyyətlə pisləyir.

Nazirin sözlərinə görə, Suriya tərəfi həlak olanların ailələrinə, eləcə də ABŞ hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalma arzulayır.

Bu olay bölgədə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşdiyini göstərir və Palmira ətrafında hərbi fəallığın artması diqqət çəkir.

Seçilən
27
4
hakimiyyet.az

5Mənbələr