AZ

Rövşən Abdullaoğlu: Allahın heç nəyə ehtiyacı yoxdur

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı yazıçı Rövşən Abdullaoğlu olub.

O, insanın mənəvi narahatlıqları, daxili boşluq hissi və Yaradana olan inancın bu prosesdəki həlledici rolu barədə fikirlərini bölüşüb:

"Bəzən insanın həyatında hər şey qaydasında olsa da, daxilində izah edə bilmədiyi bir boşluq hiss edir, hansı ki, onu nə pul, nə də şöhrət doldura bilir. Amma Allaha bağlılıq həmin boşluğu aradan qaldırır. Yaradana da biliklə yaxın olmaq mümkündür. Əgər insan dərindən düşünər, pis əməllərdən uzaq durar və yaxşı işlərə yönələrsə, zamanla inancının formalaşdığını görər. Bu baş verəndə isə içindəki boşluq hissi dolur, sıxıntı yox olur".

Yazıçı, həmçinin insanın həyatda öz yolunu tapması mövzusuna toxunub:

"Bunun üçün birinci düşünmək lazımdır. Əgər səni narahat edən suallar ətrafında fikirləşməsən, öz yolunu heç vaxt tapa bilməzsən. Onlar haqqında düşünməyə başlayanda həyatında yeni mərhələlər açılır. Bu zaman insan niyə əzab çəkdiyini, eləcə də baş verənlərin səbəblərini dərk edir. Belə olanda da düşüncələrimiz və həyata baxışımız dəyişir. Bu yolu getməyən insanlar üçün isə həyat mənasını itirir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
baku.ws

1Mənbələr