Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi səlahiyyətləri çərçivəsində ölkədə, ocümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğıntəhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davametdirir.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bu çərçivədə, FHN-inDövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət YanğınNəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmişərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edənvətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətləraparılıb.
Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarındaaparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azadolunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpaişləri ilə məşğul olan, ictimai iaşə obyektlərində çalışan, ocümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkinsahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyiqaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdimedilib.
FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuşərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddiriayət edilməsinin vacibliyini xatırladır.