Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 1984-cü il təvəllüdü T.Abdıyev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxıb. Nəticədə avtomobil yol nişanına çırpılıb. Qəza zaman sürücü, avtomobildə olan sərnişinlər, İran vətəndaşları 1992-ci il təvəllüdlü H.Gallehban və 1984-cü il təvəllüdlü A.Sayeban xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta