AZ

"Maska"nın aktyoru evində ölü tapıldı

Hollivudun tanınmış aktyoru, "Pulp Fiction" və Cim Kerri ilə çəkildiyi "The Mask" filmlərindəki rolları ilə tanınan Piter Qrin 60 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb.

1965-ci ildə anadan olan Piter Qrin 1990-cı illərdə Hollivudda əsasən sərt və psixoloji cəhətdən dərin canilər rolları ilə məşhurlaşıb. O, Kventin Tarantinonun "Pulp Fiction" filmində Zed, "The Mask" filmində isə Dorian Tyrell obrazı ilə yadda qalıb. Digər məşhur rolları arasında "Clean, Shaven", "The Usual Suspects", "Under Siege 2: Dark Territory", "Blue Streak", "Training Day" filmləri, eləcə də "The Black Donnellys" və "Justified" serialları yer alır.

Qrin yeniyetmə yaşlarında Nyu-Cersidən qaçaraq Nyu-York küçələrində yaşayıb. Keçmiş müsahibələrində narkotik asılılığı ilə mübarizə apardığını və 1996-cı ildə intihara cəhd etdiyini etiraf edib. Sonradan müalicə alsa da, 2007-ci ildə narkotik saxlanmasına görə həbs edildiyi bildirilir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
55
1
milli.az

2Mənbələr