Beynəlxalq Futbol Federasiyası (FIFA) Argentinanın futbol üzrə milli komandasını 2026-cı il dünya çempionatından kənarlaşdıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, mümkün qərar Argentina Futbol Assosiasiyasında baş verən korrupsiya qalmaqalı ilə əlaqəlidir. Məlumata əsasən, qurumun rəhbəri Klaudio Tapia və onun bir neçə yaxın əməkdaşı qanunsuz varlanmada şübhəli bilinir.
Qəzet qeyd edir ki, FIFA hazırda araşdırma aparır və nəticələrdən asılı olaraq Argentinanın ABŞ, Kanada və Meksikada keçiriləcək, altı ay sonra başlayacaq dünya çempionatında iştirakına qadağa qoyula bilər. Əgər bu baş verərsə, ulduz futbolçu Lionel Messinin son dəfə dünya çempionatında iştirak arzusu ürəyində qalacaq.
Hazırda məsələ ilə bağlı istintaq davam edir.
Okan Burukdan oyun qrafikinə etiraz: “Kubok matçının günü dəyişdirilməlidir”
Rafinyanın dublu "Barsa"ya 3 xal qazandırdı
"Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək
"Qalatasaray"dan inamlı qələbə
"Borussiya" ulduz futbolçusuna 50 milyon avro qiymət qoyub