Sumqayıt şəhərində uzun müddətdir qəzalı vəziyyətdə olan, “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binalarının söküntüsünə başlanılıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə söküntü işləri aparılır.
Hazırda söküntü işləri xüsusi texnikanın köməyi və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli şəkildə sökülməsinə başlayıblar.
Bildirilib ki, yeni layihə Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçiriləcək və ərazinin sosial infrastrukturunun yenilənməsinə mühüm töhfə verəcək. Aparılan işlər sakinlər tərəfindən də müsbət qarşılanır.