Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir.
Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib.
Məhz bunun nəticəsidir ki, hazırda zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar.
Bu günlərdə Moskvada Ermənistan səfirliyi önündə baş nazir Nikol Paşinyan əleyhinə keçirilən etiraz aksiyası məhz kilsənin müdafiəsi məqsədi daşıyırdı.
Digər tərəfdən Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bildirib ki, o və tərəfdarları II katalikos Qareginin göstərişi ilə istənilən addımı atmağa hazırdıкlar.
Baş katalikos isə xaricdən dəstək almaq üçün Fransadan sonra bu dəfə də ABŞ-yə səfər edib.
O, Los-Ancelesdə tərəfdaşlarını kilsəyə qarşı olan özbaşınalıqlara qarşı mübarizəyə çağırıb.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
