AZ

İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukraynada davam edən şiddətli döyüşlər maraqlı hadisələrlə də yadda qalır.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, müqəddəslərdən birinin ikonası döyüşçülərdən birinin həyatını xilas edib. Söhbət “Dnepr” Döyüş Qüvvələri Qrupunun 11-ci əlahiddə Hava-Desant Hücum Briqadasında xidmət edən əsgərdən gedir. Briqada komandirinin dini məsələlər üzrə köməkçisi Maksim adlı keşiş sayta açıqlamasında deyib ki, ikona qəlpələrin ürəyinə girməsinin qarşısını alıb.

“Bu yaxınlarda uşaqlar mənə içərisində qəlpə parçası olan sadə, laminasiya olunmuş ikona göstərdilər. İkona hələ də onun(əsgərin-red.) üzərində idi”,-keşiş qeyd edib.

Din xadiminin sözlərinə görə, ikona desantçının ürək nahiyəsinə yaxın yerdə cibində olub. Qəlpələrdən biri əsgərə dəyib və laminasiya olunmuş qalın kağızdan ibarət ikonaya ilişərək surətini azaldıb:

“Qəlpə əslində əsgərin bədənini deşib ürəyinə keçməli idi. Lakin müqəddəs Fyodor Uşakovun təsviri olan ikonadan o yana keçməyib”.

Keşiş onu da qeyd edib ki, əsgərlər tez-tez müqəddəslərin şəkillərini əks etdirən şevronlar da taxırlar.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
icma.az

1Mənbələr