AZ

“Dubaya çempionluq titulu üçün getmişdim” – Sübhan Məmmədovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Dubayda başa çatan boks üzrə dünya çempionatında 19 yaşlı azərbaycanlı boksçu Sübhan Məmmədov (48 kq) rusiyalı Edmond Xudoyanı məğlub edərək dünya çempionu olub.

İdman.Biz Ağcabədi rayonundan olan Sübhan Məmmədovla əlaqə saxlayaraq yarış barədə fikirlərini öyrənib.

“Dubaya çempionluq titulu üçün getmişdim və ilk döyüşdən çempionluğa köklənmişdim. İstənilən başqa nəticəni şəxsən uğursuzluq hesab edərdim”, - deyə çempion bildirib.

Qələbədən sonra onu ilk olaraq Ağcabədidən valideynləri zəng vuraraq təbrik ediblər.

“Onlar bütün turnir boyu mənə dəstək olublar”, - deyə Sübhan Məmmədov əlavə edib.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə:
Seçilən
54
1
idman.biz

2Mənbələr