AZ

Alimlərdən sensasiyalı iddia: ölüm son mərhələ olmaya bilər

Alimlərin son araşdırmaları biologiyada həyat anlayışına yeni baxış bucağı gətirə bilər.

AzEdu.az xəbər verir ki, tədqiqatçılar bəzi hüceyrələrin orqanizmin kliniki ölümündən sonra belə müəyyən fəaliyyət formalarını davam etdirdiyini müşahidə ediblər. Bu müşahidələr “həyat və ölüm arasında üçüncü bir vəziyyətin” mövcud ola biləcəyi ehtimalını gündəmə gətirib.

Araşdırmalara görə, bəzi hüceyrələr ölüm sonrası şəraitdə özünü yenidən təşkil edə, hətta yeni funksional strukturlar formalaşdıra bilir. Alimlər bu prosesi klassik mənada nə tam “canlı”, nə də tam “ölü” vəziyyət kimi qiymətləndirirlər. Məhz bu səbəbdən sözügedən mərhələ elmi dairələrdə şərti olaraq “üçüncü vəziyyət” adlandırılır.

Mütəxəssislər bildirirlər ki, bu tapıntılar biologiya və tibb sahəsində mövcud anlayışların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Xüsusilə regenerativ tibb, transplantologiya və hüceyrə terapiyası istiqamətlərində yeni imkanların yarana biləcəyi istisna edilmir.

Eyni zamanda alimlər vurğulayırlar ki, bu nəticələr hələ ilkin mərhələdədir və genişmiqyaslı araşdırmalara ehtiyac var. “Üçüncü vəziyyət” anlayışının elmi təsdiqi üçün əlavə eksperimentlər və uzunmüddətli müşahidələr aparılmalıdır.

Qeyd edək ki, bu tədqiqatlar həyatın sərhədləri, ölüm anlayışı və bioloji proseslərin davamlılığı ilə bağlı elmi müzakirələri daha da intensivləşdirib.

Seçilən
29
azedu.az

1Mənbələr